Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rektor vəzifəsini müvəqqəti icra edən dos.
Yusif Ağayev 2 fevral - Azərbaycan Gəncləri Gününün Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən hər il qeyd edildiyini diqqətə çatdırdı.
O, dahi şəxsiyyət Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar günün Azərbaycan gənclərinin cəmiyyətdəki roluna verilən yüksək qiymət olduğunu bildirdi.
Natiq qeyd etdi ki, Ulu Öndərin gənclərə etimadı bu gün təsdiqini tapmaqdadır.
Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır.