Əməkdar artist ad günündə sevənlərinə Eşq naməsi təqdim etdi

26.04.2025

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Əməkdar artist Xumar Qədimova ad günündə sevənlərinə sürpriz edib.

BAKU.WS xəbər verir ki, sənətçi "Eşq naməsi" adlı yeni mahnı oxuyub. 

Bəstənin sözləri Mərhum Əli Vəli oğlu, musiqisi isə Xumar Qədimovanın özünə aiddir. 

Qədimova yenə də mahnıya öz fərqli dəsti-xəttini qatıb. Müğənni dillər əzbəri olacaq yeni ifası üçün obyektiv qarşısına keçib. 

Yay ab-havalı ekran işi Qədimovanın şəxsi yutub kanalında yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью