Əməkdar artist Almaniyada dünyasını dəyişdi

11.11.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Görkəmli Azərbaycan bəstəkarı, Əməkdar artist Arif Abdulla oğlu Mirzəyev dünyasını dəyişib. 

Bakıvaxtı.az xəbər verir ki, tanınmış orqan ifaçısı və pianoçu-improvizator olan Mirzəyev 10 noyabr 2026-cı il tarixində Almaniyanın Fulda şəhərində vəfat edib.

Uzun illər Almaniyada yaşayıb-yaratmış Arif Mirzəyev zəngin və özünəməxsus yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına, Almaniyada və beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfələr verib.

Dahi bəstəkar Qara Qarayevin yetirməsi olan sənətkar Şərq və Qərb musiqi ənənələrini ustalıqla sintez edərək özünəməxsus bəstəkarlıq üslubu formalaşdırmış , Azərbaycan orqan musiqisinin və polifonik dini-memorial musiqi janrının inkişafında silinməz iz qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью