Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Əməkdar artist Elşən Cəbrayılov anası ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aktyor anasının ad günü olduğunu vurğulayıb. O, evindən fotolar paylaşaraq bunları yazıb:
"Gozel anam, 70 illik yubileyin olsa da mənim üçün həmişə cavan və gözəlsən. Yubileyin mübarək. Elə bil 50 yaşın olur. 1 mart hər zaman hava gözəl olurdu. Bu dəfə deyəsən qazan dibi yemisən".
E.Cəbrayılovun yayımladığı fotolarda xanımı və övladları da yer alıb.