Əməkdar artist Baloğlan Əşrəfovun doğum günüdür

08.10.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Bu gün 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən dünyasını dəyişən Respublikanın Əməkdar artisti Baloğlan Əşrəfovun doğum günüdür.

AZXEBER.COM xəbər verir ki, Baloğlan Əşrəfov 1951-ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olub.

1978-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsini qurtarıb, ardınca isə 5 il Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

O, 1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsert-in nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər verib.

Baloğlan Əşrəfov ifa etdiyi mahnıların musiqilərini, demək olar ki, özü bəstələyib.

Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edib.

B.Əşrəfov 2007-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist"i fəxri adına layiq görülüb.

Müğənni 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib.

Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarları yanında torpağa tapşırılıb.

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью