Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Əməkdar artist İlkin Əhmədov efirlərə çıxmamasının səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Rəngarəng”də danışıb.
İlkin səhhətində problem yarandığı üçün bu addımı atdığını bildirib:
“Efirlərə tez-tez çıxmayacağam. Bu, öz qərarımdır. Səhhətimdə nasazlıq oldu, yayılan virus mənə təsir etdi, 20-25 gün mübarizə apardım. Uzun müddət davam etdi, sonra özümdə güc tapdım.
Məndə həyəcan çox olurdu, ürək döyüntülərinin sayı azalıb-arta bilər, bu da səhhətə təsir edir. O da panikataka yol açır. Müalicə alıram. Həkim dedi, “qorxulu heç nə yoxdur”. Yuxusuzluq, rejimsizlik, hadisələrə tez münasibət bildirmək və sairə bunları yığışdırıb, sənətimlə məşğul olum”.
Sara, Bizim.Media