Əməkdar artist Elza Seyidcahanın müğənniyə qarşı iddiası üzrə məhkəmə baxışı təyin olunub

13.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Əməkdar artist Elza Seyidcahanın (Qasımova) müğənni Roza Zərgərliyə (Allahverdiyevanı) qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şikayət icraata qəbul olunub və Roza Zərgərli təqsirləndirilən şəxs kimi tanınıb.

Məhkəmənin baxış iclası dekabrın 23-nə təyin olunub.

Qeyd edək ki, Elza Seyidcahan məhkəmədən Roza Zərgərlinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi üzrə ittiham olunmasını, barəsində həbs qərarı çıxarılmasını xahiş edib.

İddiaya görə, Roza Zərgərli sosial şəbəkədə Elza Seyidcahanın ünvanına nalayiq ifadələr işlədərək onu təhqir edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью