Əməkdar artist əsəbiləşib studiyanı tərk etdi

04.06.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

"Elgizlə izlə"də Əməkdar artist Gövhər Rzayeva xalasının qızı Gülnarə Mahmudova ilə dalaşıb.

Yenisabah.az milli.az-a istinadla xəbər verir ki, o, müğənni olan qohumu ilə barışmayacağını bildirib:

"Allah hamısına can sağlığı, ömür versin. Məndən uzaq, Allaha yaxın".

Gülnarə Mahmudova "Mən əvvəldən demişəm ki, ölsəm üstümə gəlməsin, ölsə, üstünə getməyəcəyəm. Ondan elə bir söz eşitmişəm ki, ürəyim sınıb. Əgər Validə anamdırsa, sənin də xalandır. Gərək xalanın dalınca danışmayaydın.

Anam haqda böyük bir səhvə yol verib. İnsan ölür, amma söz qalır. Bilsyədim ki, Gövhər buradadır, gəlməzdim".

Bundan sonra "Əl çəkin məndən" deyən Gövhər Rzayeva studiyanı tərk edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью