Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə Əməkdar artist Könül Kərimovanın illər öncə iştirak etdiyi məclislərdən birinə aid olduğu deyilən görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, video qısa müddətdə izləyicilərin marağına səbəb olaraq geniş müzakirələrə yol açıb.
Kadrlarda sənətçinin hazırkı görüntüsündən fərqli görünməsi diqqət çəkib. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu zamanla bağlı dəyişiklik kimi dəyərləndirsə də, digərləri sənətçinin estetik prosedurlara müraciət etdiyini iddia ediblər.
Şərhlərdə "Zaman hər kəsi dəyişir", "İllər keçdikcə üslubu da dəyişib", "Estetik olub-olmaması önəmli deyil, əsas sənətidir" kimi müxtəlif fikirlər səsləndirilib.
Qeyd edək ki, son zamanlar məşhurların illər əvvələ aid arxiv görüntülərinin sosial şəbəkələrdə paylaşılması tez-tez gündəmə gəlir və bu cür paylaşımlar geniş müzakirələrə səbəb olur.
Musa
Milli.Az