Əməkdar artist kliniki ölüm keçiribmiş VİDEO

09.12.2024

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Əməkdar artist Firuzə İbadova kliniki ölüm keçirdiyini açıqlayıb. 
Bizim.Media “olay.az”a istinadən xəbər verir ki, bu haqda sənətçi ARB TV-də yayımlanan “Pərvizə görə” verilişində danışıb. 
F.İbadova bildirib ki, çəkilişlərin birində halı pisləşib və yerə yıxılıb: 
“Kliniki ölüm keçirdim. Çəkiliş idi. Ramazan ayı idi. Müğənni Xatun dedi ki, yanımızda siz də olun. Ölməyim ani oldu. Stress keçirirdim, psixoloji düşüncələr yaranmışdı. Çox qapalı insanam. Hər şeyi qapayıram və qapıları örtürəm. Əlimi masaya qoymaq istədim, əlim çatmadı və yıxıldım. Yaxşı ki, başım dəmir seyfə dəymədi. Yoxsa öləcəkdim. Təcili Yardım çağırdılar. Təxminən 5 dəqiqədən sonra ayıldım. Uşaq, böyük insan ayaqları görürdüm. Otluqda insanlar gəzirdi”. 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью