Əməkdar artist: Mənim uşağa baxan vaxtımdır?!

22.03.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gözüyumulu evlənməyin. Bir gəlin bir nəsli bədbəxt edir. Ev dağılır, övladlar travma yaşayır. Babalarımız düz edirdi: bir qızı alanda yeddi arxasını, nəslini, bütün sülaləsini öyrənməlisən. Çoxları deyirdi, nəslini alıram? Bir də görürsən nəsildə bir xarab var, gedib ona oxşayır. Qız almaq və vermək asan deyil".

Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Qonaqcanlı" verilişində deyib.

O, keçmiş gəlini Canana ilə yaşadığı problemlərdən danışıb:

"Mənim başım nələr çəkdi. Gözüyumulu evləndirdim. Hələ də çəkirəm. Bu yaşımda 3 uşağa baxıram. Yaşa dolmuşam, mənim uşağa baxan vaxtımddır?!"

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью