Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı “Bir anın içində canını tapşırdı”

23.01.2025

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.

Nazir Rüstəmov Qaynarinfo-ya açıqlamasında oğlunun qara xəbərini gecə aldığını dedi:

"Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur, keçinib. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəymə… Özümüz də şokdayıq”. 

Nazir Rüstəmov 42 yaşı oğlunun 3 uşaq atası olduğunu vurğulayıb:

"Gözümüzün qarşısında getdi”. 

Qeyd edək ki, Əməkdar artist Nazir Rüstəmovaağır itki üz verib. Aktyorun oğlu Elxan Rüstəmov vəfat edib. 


Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью