Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…” | Icma.az
Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bu gün mərhum xanəndə Səxavət Məmmədovun doğum günüdür.
Xanəndənin qardaşı əməkdar artist Firuz Səxavət qardaşı ilə bağlı xatirələrini Adalet.az-a danışıb:“Baxmayaraq ki, aramızda böyük bir yaş fərqi var, yəni mən məktəbli olanda artıq Səxavət el şənliklərində iştirak edirdi.
Biz rayonda yaşayırdıq, o isə Bakıda. Amma tez- tez evimizə gəlirdi. Uşaq idim, məni də toylara aparıb həvəskar kimi oxudurdu.
Elə gün yoxdur ki, Səxavəti xatırlamayaq. İndi çox şükür, Qarabağ işğaldan azaddır.Tez- tez məzarına gedirəm, onunla elə dərdləşirəm ki, san
Baxmayaraq ki, 34 ildir dünyasını dəyişib, hələ də yoxluğuna inanmıram. Elə bilirəm hardasa qostrol səfərinə gedib, qayıdacaq.
Hər dəfə onun qəbrin ziyarət edəndə qəribə hisslər keçirirəm. Axı uzun illər bu ziyarətə həsrət idik.
(kövrəlir)Səxavət Ağdamın işğal olunmasın görməmişdi. O vaxt hadisələr təz- təzə başlayırdı. Özünümüdafiə dəstələrinə silah-sursat aparırdı.
Ağlına da gəlməzdi ki, Qarabağ işğal olunar.Bəlkə də o, avtomobil qəzasında dünyasını dəyişməsəydi belə, Qarabağın işğalına ürəyi dözməzdi, ürəyi partlayardı.
Tam oxu
Xəbəri oxu