Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Mən böyüdüb, boya-başa çatdırdığım qızımdan daha doğrusu bacım qızından rəsmi şəkildə imtina etmişəm. O artıq mənim qızım deyil. Bitdi...
35 il saxladım, böyütdüm, maddi və mənəvi yanında oldum. Halal xoşu olsun. Bundan sonra onun adında insan yoxdur mənim üçün. Ola da bilməz!
Bundan sonra mən öz həyatımı və anam üçün yaşamaq istəyirəm. Artıq mən məsuliyyət daşımıram.
Özüm üçün heç nə etmədən, bir qarnım ac bir qarnım tox, dostlardan kömək istəyib illərlə bir insanı saxlayasan sonra da o böyüyüb bir gün desin ki, sən nənə yox, "nənəliksən" (ağlayır).
Bu sözləri kim qəbul edər? Bitdi! Bu da son".Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova eskpert qismində işti
Aktrisa uşaqlıqdan yanında saxladığı bacısı qızı ilə aralarında yaşanan qalmaqaldan söz açıb.
Xanlarova mübahisənin səbəbini üstüörtülü şəkildə belə nəql edib: "Mən bu sözləri elə belə demir. Nələrsə bilirəm ki, deyirəm.