Əməkdar artist “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək

15.11.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyin nəşi Azərbaycana gətirilib.
Bizim.Media xəbər verir ki, hazırda Əməkdar artistlə Təzə Pir məscidində vida mərasimi keçirilir.
Vida mərasimində mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, mərhumun yaxınları iştirak edir.
Qeyd edək ki, o, “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək. (Apa.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью