Əməkdar artist süni tənəffüs aparatından ayrıldı

24.04.2025

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Vahid Əliyev bir aydır özəl klinikada müalicə alır. Yemək yemirdi, süni tənəffüs aparatına qoşulmuşdu. Şükür, hazırda aparatdan ayrılıb".

Bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.

"Həyat yoldaşım ağ ciyər və ürək çatışmazlığından əziyyət çəkir", - deyə T.Əliyeva bildirib

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью