Əməkdar artist vəfat etdi

16.10.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Azərbaycanın Əməkdar artisti Rəşad Bəxtiyarov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

O, uzunsürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, R.Bəxtiyarov Akademik Milli Dram Teatrının səhnəsində bir çox rolları oynayıb. O həmçinin “Həqiqət işığında” və “Bəyaz həyat” telefilmlərində, “Ata ocağı” serialında da çəkilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью