Əməkdar artist yeni vəzifəyə təyin olunub

29.11.2025

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijor təyin edilib.
Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Kamera Orkestri məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə Əməkdar artist, dirijor Əyyub Quliyev təyinat alıb.
Xatırladaq ki, Əyyub Quliyev 1984-cü ildə anadan olub. O, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor Dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur. 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью