Əməkdar artistdən ETİRAF: Mənim öz həyatım yoxdur

29.09.2026

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı Əməkdar artist Şövqi Hüseynov olub.

Sənətçi aktyorun ən böyük müəlliminin uşaq olduğunu vurğulayıb. Onun fikrincə, aktyor dünyaya uşağın marağı və inamı ilə baxmağı bacarmalıdır:

"Uşaq hər şeyə ilk dəfə görürmüş kimi baxır, hətta möcüzəvi şeylərə inanır".

Şövqi Hüseynov şəxsi həyatının olmadığı barədə ona deyilən sözləri də xatırlayıb. Aktyorun sözlərinə görə, bir tanışı ona bütün həyatını rollarla yaşadığını deyib:

"Bir xanım tanış var idi və dedi ki, sənin öz həyatın yoxdur. Mən bir də ayıldım ki, hər bir situasiyada hansısa rolun sitatı ilə danışıram".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью