Əməkdar artistdən geyiminə görə onu qınayanlara cavab VİDEO

04.11.2026

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Mənə baxıb niyə qıcıqlanırlar? Qırmızı rəng bütün xəstəliklərin dərmanıdır. Əyri ayaqlarım yoxdur. Bu günə qədər həmişə uzun geyinmişəm. Doğrudan da, hamı ayaqlarımın əyri olduğunu düşünürdü. 30 ildən sonra gördülər ki, elə deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu Əməkdar artist Rühəngiz Allahverdiyeva bildirib.

İfaçı “Sevilən səhər” verilişində arxasınca danışanlara toxunub: pizza

“Ajda Pekkan da açıq-saçıq geyinir. Bura gələndə ona qızıl, brilyant bağışlayırlar. Bəs niyə Ruhəngiz xanımı gözləri götürmür? Ruhəngiz xanımın ədəbsizliyi var? Mənfi rəy yazanlar geyindiyim paltarları geyinsin, görək onlara yaraşır?! Əgər yaraşsa, mən də qara paltar geyinəcəyəm.

Heç kimə pislik etmir, heç kimin arxasınca danışmır, heç kimin haqqına girmir, heç kimin əlindən nəsə almıram. Kim haqqıma girirsə, kim haqqımda danışırsa, kim mənə qarşı mənfi fikirlər səsləndirirsə, Allah onu doğru yola yönəltsin. Mən həmin insanlara da dua edirəm, onlar üçün ən gözəl şeyləri arzulayıram”. Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью