Əməkdar artistdən həmkarlarına İRAD: “Muğamı regionlara, bölgələrə bölməyin“ FOTO+ÖZƏL | I…
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Muğamı regionlara, bölgələrə bölmək olmaz. "Qarabağ muğamı" nədir?
"Şirvan muğamı" nədir? Bunların hamısı bizi parçalayır. Muğamın bir adı var. O da Azərbaycan muğamı.
Mənim Şəkidən də, Şirvandan da, Qarabağdan da tələbələrim var. Ömür boyu onların heç birinə fərq qoymuram.
Sənətkar da regionlara bölməməlidir. Bir ayda 10 toy oxuyuramsa onun 8-i Şirvan toyudur.
Onda deyim ki, mən Ağdamlıyam, ağdamlıların toyunu oxumalıyam?" Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Sevinc Sarıyeva deyib.
O daha sonra bildirib ki, hər muğamı toyda ifa etmək olmaz: "Kimin ürəyindən nə keçirsə, səsinə nə düşürsə onu da oxuyur.
Bir də yerinə baxır. Elə məclis var ki, orada dəstgah muğam oxumaq olmaz. Orada xırda, kiçik həcmli muğam oxumalısan.
Kim nə qədər yük götürürsə onu da daşıyır" deyə o bildirib. Sevinc Sarıyeva sənətçilərin, xüsusilə də xanəndələrin insanların bədii-estetik
Tam oxu
Xəbəri oxu