Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əməkdar artist Mətanət İskəndərli müğənni İzzət Bağırovun çağırışına cavab verib.
Axşam.az xəbər verir ki, müğənni həmkarı Firuzə İbadovanın evinə yollanaraq ona baş çəkib. M. İskəndərli sənət dostuna dəstək olmaq məqsədilə bu addımı atdığını bildirib:
“Qəlbindəki imanı, mədəniyyəti, yüksək insanlığı, sadəliyi ilə sevilən sənət adamımızdır. Tezliklə Allah sənə şəfa versin. Sənət dostlarım arasında vəziyyətdən xəbərsiz olanlar var. Bizim borcumuzdur ki, bir-birimizə baş çəkək, ən azı mənəvi dəstək olaq. İnsanı ruhlandıranda sağalır, dərdi azalır.
Telefonlarını da bağlayıb. Küsmə, Allah bizimlədir. Yayılıb ki, guya plastik əməliyyat etdirib. Xeyr, o, ağır əməliyyat keçirib”.