Əməkdar artistin ən böyük arzusu

30.04.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Yusif Mustafayev ATV-də yayımlanan "Rəngarəng" verilişinin qonağı olub.
Missiya.Az
xəbər verir ki, sənətçi 70 illik yubileyinin böyük tədbirlə qeyd edilməsininin arzusunda olduğunu deyib:
"Mənə Allah ömür versə, sentyabrın 15-də 70 yaşım tamam olur. İnsan həyatda arzularla yaşayır. Elə istəyirəm 70 illiyimlə bağlı dövlət səviyyəsində tədbir etsinlər. Çünki saç ağartmışam. İstəyirəm Mədəniyyət Nazirliyinin nəzdində ad günüm olsun".

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью