Əməkdar artistin etirafı: Onunla taleyimiz oxşayır | Icma.az
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir. “Allah heç bir aktyoru səhnəsiz qoymasın.
Səhnədə olmayan aktyorun əlindən nə desəniz gələr”. Bunu Teleqraf.com-a söhbətində Əməkdar artist Şövqi Hüseynov deyib.
Aktyorun quruluşunda hazırlanan “Mən Feyerbaxam” monotamaşasının dekabrın 18-də ikinci premyerası keçiriləcək.
Tamaşa həm də “Mədəniyyət” kanalı ilə canlı yayımlanacaq. Səhnə əsəri alman dramaturqu Tankret Dorstun eyniadlı pyesi əsasında hazırlanıb.
Birhissəli monotamaşada rolu Şövqi Hüseynov özü canlandırır.
Psixoloji dram janrında qurulan tamaşanın musiqi tərtibatçısı Zaur Rəşidov, işıq rəssamı Vadim Kuskov, fənd quruluşçusu İsa Əsədovdur.
Feyerbax nə üçün mücadilə edir? “Mən Feyerbaxam” əsərinin ikinci adı, daha doğrusu, mənə görə ikinci adı “Aktyor himni”dir.
Tamaşa teatr və səhnə eşqi ilə alışıb yanan aktyorun həyat tarixçəsidir.
Tam oxu
Xəbəri oxu