Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Anar Heybətovun 50 yaşı tamam olub.
Axşam.az-ın məlumatına görə, aktyor yubileyi münasibətilə böyük məclis təşkil edib. Gecədə Xalq və Əməkdar artistlər, aktyorlar və müğənnilər iştirak ediblər.
Məclisin maraqlı anlarından biri isə Əməkdar artist Elza Seyidcahanın “Mən aktyoram” mahnısını ifa etməsi olub. Sənət adamları müğənninin ətrafına toplaşaraq mahnını onunla birlikdə səsləndiriblər.
Həmin anlar məclisdə maraqlı və əyləncəli görüntülərlə yadda qalıb.