Əməkdar artistin oğlu ilə bağlı PİS XƏBƏR

28.03.2025

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanlı aktyor İbrahim Çingiz xəstəxanaya yerləşdirilib.

Aktyor bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, "Bədənimdə zədəli olmayan yer tapsam sevinərəm. Sevirəm səni, Azərbaycan kinosu!" şərhini yazaraq əlinin əsmə anını çəkib.

İbrahim Çingiz Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda layihədə olduğu üçün əlavə məlumat verə bilməz:

"Yalnız onu deyə bilərəm ki, aldığım zədələr iş prosesi ilə bağlıdır".

Xatırladaq ki, İbrahim Çingiz "Çina" kimi tanınan Azərbaycanın Əməkdar artisti Çingiz Əhmədovun oğludur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью