Icma.az, Redaktor.az saytına istinadən bildirir. Əməkdar artist Fərqanə Qasımovanın evində xeyir iş olacaq.
Redaktor.az xəbər verir ki, xanəndənin qızı Mövlanə ailə həyatı qurmağa hazırlaşır.
Onun nişan mərasimi yanvarın 26-da şəhər restoranlarından birində olacaq. Qeyd edək ki, F.Qasımovanın 4 övladı var.
Onun böyük qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurub. İfaçının digər övladları isə üçəmdir.
F.Qasımova Xalq artisti Alim Qasımovun qızıdır (axşam.az). Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.