Əməkdar artistin təkcə ürəyi işləyir...

14.11.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur”.

Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:

“Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью