Əməkdar artistin vəziyyəti ilə bağlı açıqlama

19.10.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib.

Bu barədə APA-ya onun oğlu Yaşar Muradov məlumat verib.

O, bildirib ki, bir neçə gün əvvəl atasının bədənində infeksiya yaranmışdı və bu səbəbdən vəziyyəti ağır idi. Hazırda infeksiya aradan qaldırılıb:

"İnfeksiyaya görə temperaturu yüksək idi, artıq temperatur normallaşıb. Hazırda vəziyyəti daha yaxşıdır. Tam sağaldıqdan sonra əməliyyat aparılacaq".

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov oktyabrın 4-də yüksək qan təzyiqi səbəbindən xəstəxanaya yerləşdirilib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью