Əməkdar həkim vəfat etdi

10.09.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Əməkdar həkim Cabir Məmmədov vəfat edib.

Modern.az-ın məlumatına görə, tanınmış kardioloq 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi Terpiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, “SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.

2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью