Əməkdar jurnalist təqdimat keçirəcək

23.05.2025

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar jurnalist, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzinin yeni kitabı çıxıb.
Modern.az xəbər verir ki, "Göyün cazibə qüvvəsi" adlı kitabın təqdimat mərasimi Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasındakı "Şuşa" zalında olacaq.
“Bu kitab mənim 60 yaşımda özümə və dəyərli dostlarıma hədiyyəmdir. Kitablar həqiqətən də iştirakçılara hədiyyə ediləcək. Əminəm ki, dostlarım, həmkarlarım, sözün qədrini bilən oxucular məni tək qoymayacaq”, - B.Həzi bildirib.
Təqdimat mərasimi 27 may 2025-ci il tarixində saat 11.00-da keçirləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью