Əməkdar jurnalist vəfat etdi FOTO

02.04.2025

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Azərbaycanın əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib.

Bu barədə APA-ya Mətbuat Şurasından məlumat verilib.

Bildirilib ki, o bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.

Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən "Səs" qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.

"Tərəqqi" medalına və "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
 

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью