Əməkdar jurnalistin oğlu Vətənə sədaqət andı içdi

11.11.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri artıq əsgər atasıdır.

Turkustan.az xəbər verir ki, Nadir Azərinin oğlu Nihat İsmayıllı Türkiyədə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Noyabrın 8-də –Zəfər Günündə keçirilən andiçmə

zamanı Nihat İsmayıllı da Vətənə sədaqət andı içib ki, bu da ailə üçün əlamətdar və unudulmaz hadisəyə çevrilib.

Əməkdar jurnalist bu münasibətlə sosial şəbəkə hesabında paylaşım edərək sevincini və qürurunu izləyiciləri ilə bölüşüb. O, oğlunun andiçmə mərasiminin məhz Zəfər Gününə təsadüf etməsini xüsusi rəmzi məna daşıyan, onlar üçün həm qürurverici, həm də sevindirici hadisə kimi dəyərləndirib.

Nadir Azərinin paylaşımında övladının Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməyə başlamasından duyduğu ata qüruru ilə yanaşı, Zəfər Gününün yaratdığı xüsusi mənəvi ovqat da əks olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью