Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq. Tanınmış maliyyəçi, İqtisad elmləri namizədi, əməkdar müəllim Asif Kərimov vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib.
Bildirilib ki, A.Kərimov 92 yaşında xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Kərimov Asif Məti oğlu 1931-ci il mart ayının 19-da Füzuli rayonunda anadan olub. 1940-1950-ci illərdə orta təhsil alıb.
1950-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-kredit fakültəsinə daxil olub və 1954-cü ildə fərqlənmə diplomu ilə bitirib.
1954-1957-ci illərdə Moskva Maliyyə İnstitutunun əyani aspiranturasında oxuyub.
Uzun illər o zamankı Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda və indiki Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Maliyyə və Maliyyə-kredit fakültəsində müəllim, dosent, dekan müavini, dekan, kafedra müdiri vəzifələrində çalışıb.
O, 2017-ci ildə təqaüdə yola salınmışdı. Təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar Müəllim" fəxri adına layiq görülən A.Kərimov UNEC