Əməkdar müəllim vəfat etdi FOTO

04.11.2024

Icma.az bildirir, Modern.az portalına istinadən.

Fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanov vəfat edib.

Modern.az-ın məlumatına görə, o, 92 yaşında dünyasını dəyişib.

Nadir Süleymanov 1932-ci il dekabrın 15-də Ucar rayonunun Rəstəcə kəndində anadan olub.

O, 1951-1956 -cı illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şö­bə­sin­də təh­sil alıb.

Professor Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilib.

1969-cu ildən BDU-da çalışırdı.

Allah rəhmət eləsin!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью