Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Toplum TV”, “Abzas Media” və digər layihələr üzrə aparılan istintaq araşdırmaları olduqca maraqlı faktlar üzə çıxarır.
“Qafqazinfo” xəbər verir ki, hazırda həbsdə olan şəxslərin etirafları bu layihələrdə kifayət qədər qeyri-qanuni halların olduğunu, hətta konspiroloji metodlardan istifadə edildiyini göstərir.
Faktlar və həbsdə olan şəxslərin etirafları “Demokratik Təşəbbüslər İnstitutu”, “Toplum TV”, “Abzas Media”, “Fakt yoxla”, “lll Respublika Platforması” layihələrinin başında Akif Qurbanovun durduğunu təsdiqləyir.
Artıq ölkə mediasında yayılmış məlumatlar da onu deməyə əsas verir ki, bu layihələrin arxasında Qərb mərkəzləri durub, onların Azərbaycanda icrasını isə Akif Qurbanov həyata keçirir.
Layihələrin funksionallığının təmin edilməsindən, maliyyələşməsindən tutmuş, onların icrasına kimi bütün məsələlər Akif Qurbanovun nəzarəti altında reallaşıb.
İlk növbədə bu layihələr qanunların tələb etdiyi kimi dövlət qeydiyyatına alınmadan gerçəkləşdirilib, onların maliyyə uçotu aparılmayıb, vəsaitlər isə ölkə xaricində fəaliyyət göstərən donor təşkilatların qrantlarından ibarət olub.
Vəsaitlər ilkin dövrdə Gürcüstan vasitəsilə nağd şəkildə gətirilib, sonradan həmin marşrut ifşa olunduğuna görə A.Qurbanov tanıdığı şəxslərin imkanlarından istifadə edib.