Əməkdaşlığın dayandırılması barədə İrandan rəsmi təsdiq gözləyirik AEBA

02.07.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın agentliklə əməkdaşlığını dayandırması barədə media məlumatlarından xəbərdardır və Tehrandan rəsmi məlumat gözləyir.

Bakıvaxtı.az-ın "TASS"a istinadən yaydığı xəbərə görə, bu barədə AEBA-nin mətbuat xidmətinin rəhbəri Fredrik Dal məlumat verib.

"Biz müvafiq media məlumatlarından xəbərdarıq. AEBA İrandan əlavə rəsmi məlumat gözləyir", - deyə o, Prezident Məsud Pezeşkianın agentliklə əməkdaşlığın dayandırılması haqqında qanunu imzalaması barədə məlumatlarına cavab verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью