Əməkhaqlarında kəskin artım gözlənilir? KONKRET

06.11.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə pensiya və sosial müavinətlərin artırılması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə zaman-zaman yüksək vəzifəli şəxslərin əməkhaqqı və təminatlarında müşahidə olunan artımlarla pensiya və müavinət artımları müqayisə edilərək sosial ödənişlərin də nə üçün eyni səviyyədə yüksəlmədiyi müzakirə edilir.

Bəs pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılması mümkündürmü?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli deyib ki, gələn ildən 1180 manata qədər olan təqaüdlərin 10 faizə qədər artması gözlənilir.

O qeyd edib ki, Bu, təqaüd alanların 91 faizidir: “Yəni daha kəskin artım gözlənilmir. Çünki büdcə müzakirələri gedir və səsləndirilən rəqəmlərə baxanda görürük ki, gələn il təqaüdlərin artım tempi 8-10 faiz civarında olacaq. Bundan artıq artım gözlənilmir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью