Əməkhaqqı artdı Məbləğ KONKRET

13.10.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 870 manat təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Xatırladaq ki, 8 ay ərzində Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 % artaraq 1 173 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью