Əməkhaqqı fondunda bununla bağlı heç bir əlavə vəsait nəzərdə tutulmur Hüquqşünas

04.02.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hər bir dövlət orqanının ştat cədvəli və əməkhaqqı fondu Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Elektron informasiya sistemində ştat cədvəlinin dəyişdirilməsi və ya əməkhaqqı fondundan kənar əlavə vəsait tapılması mümkün deyil".

Bunu "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov 525.az-a söyləyib. O bildirib ki, belə bir maliyyə mənbəyi mövcud olmadığından əlavə ödənişlərin edilməsi də mümkün olmur. 

Bu vəziyyət təkcə dövlət təsisatlarında deyil, bütün dövlət orqanlarında və büdcədən maliyyələşən təşkilatlarda eyni şəkildə tətbiq olunur:

"Əməkhaqqı fondunda bununla bağlı heç bir əlavə vəsait nəzərdə tutulmur və digər maddələrdən də bu məqsədlə vəsait ayırmaq mümkün deyil. Eyni zamanda bu sahədə başqa problemlər də mövcuddur və onların tənzimlənməsi zəruridir".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью