Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp qlobal səviyyədə elan olunan yeni tarif qaydalarından sonra “Truth” sosial media hesabından paylaşım edib.
O, bu tariflər ABŞ-də keçirilən “əməliyyat”a bənzədib.
“Əməliyyat başa çatdı! Xəstə sağlamdır. Tərifə görə, xəstə əvvəlkindən daha güclü, daha böyük, daha yaxşı və daha möhkəm olacaq. Amerikanı yenidən möhtəşəm et!”, -deyə Tramp paylaşımında qeyd edib.
Qeyd edək ki, Tramp 100-dən çox ölkəyə qarşılıqlı tariflər tətbiq edib. Tariflər 3 aprel 2025-ci il tarixindən qüvvəyə minir.
"AzPolitika.info"