Əməliyyat masasında xəstə ilə bazarlıq Hamı bu VİDEODAN DANIŞIR

13.02.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Türkiyədə əməliyyat zamanı xəstədən pul tələb olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul şəhəri Bakırköy qəsəbəsindəki özəl xəstəxanalardan birində baş verib.

Xəstə B.T. anju müayinəsi üçün əməliyyat masasında olarkən mühasib içəri daxil olub və “bazarlıq” etməyə başlayıb. Belə ki, o, xəstəyə ürəyində tıxanıqlıq olduğu üçün stendə ehtiyac olduğunu deyib. Stendlər 15, 18 və 20 min lirəyə təklif olunub. Xəstə ən uyğunu istəsə də, üçüncü stend üçün ondan 50 min lirə tələb olunub.

Bu hadisə böyük əks-sədaya və tibb işçiləri arasında müzakirələrə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью