Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur.
Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur.
Konstitusion təminat altına alınmış hər iki hüququn müdafiəsi və həmin pozuntudan irəli gələn zərərlə bağlı çəkişmələr məhkəmə müstəvisində xüsusi çəkiyə malikdir.
Artan estetik əməliyyatlar fonunda Ali Məhkəmə yaşamaq, sağlamlıq, bədən toxunulmazlığı hüququ ilə bağlı qərar verib.
Bununla da Ali Məhkəmə bu hüquqlara dair vahid hüquqi mövqe formalaşdırıb.
Bizimyol.info xəbər verir ki, Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci ildə qəbul etdiyi “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarla əslində, konstitusion təminat altına alınmış, lakin hüquqların müdafiəsi baxımından digərlərinə nisbətən kənarda qalmış bədən toxunulmazlığı hüququna da aydınlıq gətirilib.
Bədən toxunulmazlığı hüququ - bədəni təşkil edən orqan, üzv və ya toxuma üzərində insanın şəxsiyyət hüquqlarını nəzərdə tutur.