Əməliyyat olunan Turan Tovuzlu evə buraxılıb İdman və Biz

10.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Turan Tovuz"un əməliyyat olunan futbolçusu Denis Marandiçi evə buraxılıb.

Klubdan İdman.biz-ə verilən məlumata görə, moldovalı müalicəsini ev şəraitində davam edəcək.

Ayağı sınan futbolçunun əməliyyatı uğurlu olsa da, meydana nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda sınıb.

Emin Ağa
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью