Əməliyyat zamanı canlı yayım açan həkim Səhiyyə Nazirliyinə çağırıldı VİDEO

19.02.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl "National Prime Hospital"da fəaliyyət göstərən ümumi cərrah Ruslan Ağayevin əməliyyat zamanı "TikTok" sosial şəbəkəsində canlı yayım açdığına dair xəbər yayımlamışdıq.

Səhiyyə Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub:

"Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb. Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib".

Murad İbrahimli



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью