Əməliyyatda şok olay: Beyin ölümü keçirən xəstə ayıldı

30.07.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

ABŞ-də beyin ölümü güman edilən və orqanlarının çıxarılması planlaşdırılan xəstə əməliyyat zamanı ayılıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, cərrahlar panikaya düşərək əməliyyatı dayandırıblar.

Mütəxəssislər bu hadisənin möcüzə əsasında baş verdiyini və səhiyyə tarixində yaşanan 1/10 hal olduğunu vurğulayıblar.

Yaşadığı travmadan sonra həyata qayıdan xəstə indi bacısı ilə birlikdə yaşayır.

Onun hadisədən sonra travma sonrası stress pozğunluğu ilə mübarizə apardığı bildirilib.

Hadisədən sonra ölkənin Səhiyyə Nazirliyi və Konqresi baş verənlərlə bağlı araşdırmaya başlayıb.

Mikayıl
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью