GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müxalif Suriya Milli Ordusu Hələbdəki Kuveyris Hərbi Hava Limanını, Tel-Rifat bölgəsində 3 kəndi və bir yüksəkliyi PKK/YPG terrorçularından geri alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə (AA) yazıb.
Son məlumata görə, “Tel İneb, Mezeret Hamad, Zoyan kəndləri və Zuyan təpəsi azad edilib”.
Qeyd edək ki, PKK/YPG terrorçuları 2016-cı ildə Rusiyanın da hava dəstəyi ilə Tel Rıfat və ətrafındakı bəzi yaşayış məntəqələrini ələ keçirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Tel Rıfatın PKK/YPG terrorçularından təmizlənməli olduğunu bəyan edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.