Əməliyyatdan sonra iflic olan aktyorun son durumu AÇIQLANDI

18.03.2025

Icma.az bildirir, Medicina saytına əsaslanaraq.


Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bu gün əməliyyat ediləcək.


Medicina.az xəbər verir ki, Yeni Klinikadan bildirilib ki, aktyorun vəziyyəti ağır olaraq qalır:

“Xəstənin tənəffüs çatışmazlığı səbəbi ilə süni tənəffüs dəstəkli müalicəsinin davam edilməsi üçün traxeostomiya (ağciyərin hava ilə təmin olunması üçün traxeyanın deşilməsi üçün cərrahi əməliyyat) əməliyyatı icra olunacaq”, - sorğuya cavabda vurğulanıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub.

Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o uzun müddət digər tibb müəssisəsinin Reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью