Əməliyyatdan sonra ölən azyaşlı ilə bağlı AÇIQLAMA

29.08.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.

2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью