Əməliyyatdan video paylaşan həkimlə bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB | Icma.az
Icma.az bildirir, Lent az saytına əsaslanaraq. Əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan hallarla bağlı rəsmi müraciət daxil o
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib.
Qeyd olunub ki, qanunvericiliyin pozulması halları müəyyən edilərsə, plandankənar yoxlama həyata keçirilir: "Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə riayət olunması vacib şərtdir.
Bu tələblərin pozulması halında, qanunvericiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati protokol tərtib olunur və cərimə tətbiq edilməklə növbəti icraata yönləndirilir.
Mediada və sosial şəbəkələrdə yayılan “Məlhəm” klinikasında baş verən faktla bağlı müvafiq araşdırma aparılır, nəticə barədə məlumat veriləcək.
Ümumiyyətlə qeyd olunan fəaliyyət, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən reklam hesab olunur.
Eyni zamanda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.4-cü maddəsinə əsasən, reklamı qadağan olunmuş müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının təqdiminə görə vəzifəli şəxslər 300 (üç yüz) manatdan 500 (beş yüz) manatadək, hüquqi şəxslər isə 1000 (bir min) manatdan 2000 (iki min) manatadək cərimə edilə bilər.
Belə hallarda klinika rəhbərliyi və müvafiq həkimlər Səhiyyə Nazirliyinə və ya AEM-ə dəvət olunur.
Tam oxu
Xəbəri oxu